Yerevanda xarici işlər və müdafiə nazirlərinin istefası tələbi ilə etiraz yürüşü keçirilib.
AranNews- aksiya iştirakçıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində ölən hər bir silahlı erməni ailəsinə dövlət büdcəsindən 30 min dollar, yaralılara isə minimum 5 min dollar məbləğində maliyyə yardımı ayrılmasını, xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturyan, onun müavini Aykaz Baqmanyanın istefasını tələb edirlər.
Bundan başqa, yürüş iştirakçıları Dağlıq Qarabağla bağlı status-kvonun saxlanması, "bitişik rayonlar da daxil olmaqla, ərazi güzəştinə gedilməməsi" kimi tələblər irəli sürüblər.