Arannews- sionist başçılar bildiriblər ki, baş nazirin siyasi səhnədən kənarlaşmasının vaxtı gəlib çatıb.Aruts Şuvaın verdiyi məlumata görə, bu rejimin Mirets partiyasının sədri Benyamin Netanyahonun təhlükəsizlik və iqtisadi sahələrdəki siyasətlərini qınayaraq deyib: sionistlərdə hazırkı çətin şəraiti nəzərə alaraq onun siyasətdən getməsi labüdləşib.
Mirets partiyasının sədri Netanyahonun nazirlər kabineti koalisiyaların sayını artırmaq cəhdləri barədə deyib: sionist birlik partiyasının sədri İshaq Herzukun bu koalisiyaya qoşulmaq meyilləri, sionist rejiminin ən pis baş naziri ücbatından sionist rejiminin səriştəsizliyi və əxlaqi çöküşün davam etməsinin göstəricisidir. Qalun Hersuqu Netanyaho ilə əməkdaşlıq meyillərinə görə tənqid edərək deyib: sionistlərin nazirlər kabinetində dəyişiklik tələblərini nəzərə alaraq Netanyaho və Herzuqun siyasi fəaliyyət dövrünə son qoyulması ehtimalı güclüdür.
Sionist rejimin hakim Likud partiyasının baş üzvlərindən biri son vaxtlar Netanyahonun Knessetdə müxalif partiya üzvləri ilə hazırkı koalisiyaya qatılmaları barədə müzakirələrinin təfərrüatını ifşa etmişdi.
Sionist rejimin hazırkı nazirlər kabineti koalisiyası o qədər kövrəkdir ki, bir üzvün çıxması ilə dağıla bilər və belə bir təqdirdə vaxtından əvvəl seçkilərin keçirilməsi zərurət kəsb edəcək.