2016-cı il mart ayının əvvəlindən İraqda 80 min əhali silahlı toqquşmaların şiddətlənməsi üzündən öz ev-eşiyindən didərgin düşüb.
Arannews- Son iki ay ərzində İraqda 80 min insan öz ev-eşiyindən didərgin düşüb.Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dojarik deyib: 2016-cı il mart ayının əvvəlindən İraqda 80 min əhali silahlı toqquşmaların şiddətlənməsi üzündən öz ev-eşiyindən didərgin düşüb.
Deyilənlərə görə didərginlər Əl-Ənbar, Neynəva və Səlahəddin vilayətlərində çoxluq təşkil edirlər.
BMT didərginlər üzrə ali Komisarının bildirdiyinə görə, terrorçu İŞİD qrupunun fəaliyyətə başladığı 2014-cü il iyun ayından bəri İraqda 3 milyon 300 min nəfər öz yurd-yuvasından didərgin düşüb.