Livan Hizbullahının tanınmış döyüşçülərindən olan Mustafa Bədrəddin sionist rejimin onun Dəməşq hava limanı yaxınlığındakı iqamətgahına qarşı hücumunda şəhid olub.
Arannews- Hizbullah Seyyid Mustafa Bədrəddin şəhid olması ilə bağlı bəyanat yayıb və bildirib ki, M. Bədrəddin bir ömür cihad yolunda olub, dəfələrlə həbs edilib. Şəhid Mustafa Bədrəddin (Zülfüqar) Suriyada təkfirçi qurplara qarşı mübarizədə şəhid olub.
Livan Hizbullahının tanınmış döyüşçülərindən olan Mustafa Bədrəddin sionist rejimin onun Dəməşq hava limanı yaxınlığındakı iqamətgahına qarşı hücumunda şəhid olub.
Məlumatlı mənbələr ehtimal verirlər ki, Livan Hizbullahının bu tanınmış komandirinin terroru havadan həyata keçirilmiş olsun.
Bundan öncə də Livan Hizbullahı döyüşçülərindən bir neçə nəfər, o cümlədən Suriyanın sərhəd və digər məntəqələrində təkfirçi terrorçularla mübarizə üçün bu ölkənin ordu və xalq qüvvələri ilə həmkarlıq etmiş Səmir Qəntar sionist rejim ordusunun hava hücumunda şəhid olmuşdu.
Suriya prezidenti Bəşşar Əsəd bundan öncə demişdi ki, suriyalı və müqavimət qüvvələri bəzi region ölkələri, Qərb və sionist rejim tərəfindən dəstəklənən terrorçular qarşısında mühüm uğurlar əldə etmək ərəfəsində sionist rejimin hücumlarına tuş gəlirlər.
Əsədin sözlərinə görə, ötən beş ildə sionist rejimin hava qüvvələri Suriya hadisələrində İŞİD kimi terror qruplarının rolunu oynayıbdır.