Bəhreynin Ali-Xəlifə krallığının güc strukturlarının hücumları sionist rejiminin fələstinlilərə qarşı hücum və təzyiqlərinə bənzədilir.
Arannews- Bəhreyndəki insan haqları üzrə mərkəzi, öz həftəlik hesabatında bildirib ki, may ayının ilk həftəsində 116 həbs, işgəncə və s. qeydə alınıb.Bəhreyn İnsan Haqları Mərkəzindən bildiriblər ki, may ayının ilk həftəsi 13 qanunsuz həbs, 17 fiziki və psixoloji işkəncə, 17 küçə aksiyalarına hücum və aksiyaların zor gücülə yatırılması və 8 hökümət əleyhinə siyasi fəaliyyətdə aparmaqda ittiham edilənlərə qarşı həbs-qətiimkan tədbiri sçeilməsi qeydə alınıb.
Həmçinin qeyd etmək lazımdır ki, Ali-Xəlifə rejiminin güc strukturları əl-Qərifə rayonunda iki bəhreynli uşağı da həbs ediblər, ümumilikdə isə Bəhreyn rejimi insan haqları müdafiəçilərinin bildirdiyinə görə, 3 il ərzində 500-dən çox uşağı həbs edib, bu da sionist rejiminin həbslərinə yaxındır.
Məruzənin digər hissəsində, bəhreynli fəal Reyhane Musəvinin həbsxanada psixi və fiziki işgəncələrə məruz qaldığı qeyd edilir.
Qeyd edək ki, Bəhreynin Ali-Xəlifə krallığının güc strukturlarının hücumları sionist rejiminin fələstinlilərə qarşı hücum və təzyiqlərinə bənzədilir.
Onu da qeyd edək ki, mart ayında Bəhreyn həbsxanalarında işkəncə faktları mediaya sızmışdı.