Tarix : 2016 May 14
Kod 48828

Seyid Həsən Nəsrullah: "İŞİD bütün cəbhələrdə məğlub olub"

Livan Hizbullahının baş katibi: "İŞİD bütün cəbhələrdə məğlub olub və bu üzdən, İraq, Livan və Suriyada günahsız və adi əhalini hədəfə alır"
Arannews- Livan Hizbullahının baş katibi deyib: sionist rejimi və təkfirçilər müqavimət mehvərini məhv etmək və regionda dəyişiklik yaratmaq üzrə ingilis-amerikan planlarıdır.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah vurğulayıb ki, İŞİD bütün cəbhələrdə məğlub olub və bu üzdən, İraq, Livan və Suriyada günahsız və adi əhalini hədəfə alır.
Region hadisələrinə toxunan Livan Hizbullahının baş katibi İngiltərənin planı və himayəsilə Fələstin ərazisində saxta sionist rejimin təsisi kim böyük fəlakət gününü xatırladaraq, qeyd edib ki, bu fəlakətin nəticələri hələ də ərəb və müsəlman ümməti incidir və onun təhlükəsizliyi, sabitliyi və gələcəyini hədələyir.
Seyid Həsən Nəsrullah deyib: İngiltərənin Fələstin ərazisində saxta sionist rejimin təsisi kimi böyük fəlakətin amili olduğu kimi, bu gün də Amerika və onun regional müttəfiqləri bizim regionumuzda terror qruplarını yaradıblar ki, müqavimətin yerdə qalan əhval-ruhiyyəsini məhv etmiş olsunlar.
Livan Hizbullahının baş katibi söyləyib: Amerika, sionist rejim və Qərb bu gün regionda elə bir problemlə üzləşirlər ki, onun adı, yeni düşmən, yəni təkfirçi terrorizmlə mübarizə tərzini bilən Yəmən və İraqda müqavimətin formalaşması, ümmətin oaynışı, Livan və Fələstində müqavimət hərəkatları, İran İslam Respublikası və Suriya Ərəb Respublikasından ibarət müqavimət mehvəridir.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah "Onlar İŞİD-dən istifadə ilə təkcə Hizbullarhı aradan götürmək istəmirlər; onların hədəfi, İranla savaş, İraq və Suriyada dəyişiklik yaratmaqdır" deyərək, əlavə eidb: Onlar Livanda da təkfirçi terrorçuları Suriya sərhədləri yaxınlığındakı Ərsal qəsəbəsindən Aralıq dənizi sahillərinə çatdırmaq istəyirlər, amma müqavimətin sayıqlığı ilə bu fitnələr zərərsizləşdiriləcəkdir.


  • Yazılıb
  • da (də) 2016 May 14
  • Göndərən مدير سايت Aran News