İslam düşmənlərinin çoxlu planları vardır. düşmənlərin Əsas planı müsəlmanları parçalamaqdır ki...
Arannews- "Müsəlmanlar arasındakı müharibələr sionist rejiminin təhlükəsizliyini təmin edir"
Bu sözləri İranın nüfuzlu din xadimi, "Əl Mustafa" Universitetinin direktoru Ayətullah Əlirza Ərafi İstanbulda bildirib.
"Əl Mustafa" Universitetinin direktoru İslam ölkələri arasında vəhdətin önəminə toxunub və deyib: "Düşmən hər sahədə müsəlmanların inkişafının qarşısını almaq istəyir. Xüsusilə onlar müsəlmanların elmi, iqtisadi və mədəni sahələrdəki inkişafından narahatdılar. İslam düşmənləri ona görə, müsəlman dövlətləri parçalayıb. kiçik dövlətçiklər yaratmaq istəyirlər. Ona görə də, bölgəmizdəki müsəlman torpaqlarda ixtilaflar yaradaraq o torpaqları bölmək arzusundadırlar. İslam düşmənlərinin çoxlu planları vardır. düşmənlərin Əsas planı müsəlmanları parçalamaqdırki, buna görə onların irqləri, dilləri və məzhəbləri arasında ixtilaf çıxarıb bir-biriləri arasında müharibə yaradaraq İslam ölkələrini bölmək istəyirlər. Bütün bu planlar çərçivəsində onlar həm İslam ölkələrini bölmək, həm də radikallığı İslam kimi qələmə verərək - İslamın mərhəmət dini olduğu halda şiddət, zorakılıq kimi qələmə verərək dünyada İslama mənfi münasibət səslənilməsini istəyirlər. Ancaq bunların əsas hədəfləri sionist rejiminin müdafiə və təhlükəsizliyini təmin etmək, sionist rejiminə qarşı olan müqavimət cəbhəsini isə zəiflətməkdir. Bütün bu işlərin baş verməməsi; fitnə və hiylələrin baş tutmaması üçün İslam alimlərinin, universitet tələbələri və gənclərin məsuliyyətli olub bu şeylərin qarşısında durmaqdır."