öz vətəndaşlarının vətəndaşlıq hüququnu ləğv edən ölkələr arasında Bəhreyn birinci yerdə durur.
Arannews- Bəhreynin Milli Əl-Vifaq İslami Cəmiyyəti 2015-ci ildə Ali-Xəlifə rejiminin 208 bəhreynlinin vətəndaşlığını ləğv etdiyini bildirib.
Bəhreynin Milli Əl-Vifaq İslami Cəmiyyəti bir hesabat yayaraq bu sayda bəhreynlinin vətəndaşlığının onların siyasi fəaliyyətlərinə, öz hüquqlarını tələb etmələrinə və ölkədə demokratiya və azadlıq tərəfdarı olduqlarına görə ləğv edildiyini bildirib.
Hesabatda deyilir: 2011 və 2014-cü illərlə müqayisədə bu statistikada üç qat artım müşahidə olunur.
Hesabatda o da bildirilir ki, öz vətəndaşlarının vətəndaşlıq hüququnu ləğv edən ölkələr arasında Bəhreyn birinci yerdə durur.
Beynəlxalq Amnistiya təşkilatı son vaxtlar Bəhreyndə bu kimi halların insan haqlarının və beynəlxalq qanunların kobud şəkildə pozulması olduğunu bildirmişdi.
Bəhreyn 2011-ci il fevral ayından xalqın Ali-Xəlifə rejiminə qarşı dinc etirazlarının şahididir.
Bəheryn xalqı azadlıq, ədalət və xalqın səsi ilə formalaşan hökumət istəyir. Xalq ayrı-seçkiliklərə son qoyulmasını tələb edir.