Konstantin Kosaçev: “Dağlıq Qarabağ münaqişəsi siyasətbazlığı sevməyən mürəkkəb və həssas məsələdir”.
AranNews- Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçev “vestikavkaza.ru” saytına açıqlamasında qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həmişə parlamentarilər arasında müzakirə mövzusu olaraq qalsa da, münaqişənin tənzimlənməsi peşəkarların işidir. “Mən yaxşı anlayıram ki, münaqişəli vəziyyətlərin tənzimlənməsi peşəkarların, dövlət rəhbərlərinin, diplomatların işidir. Parlamentarilər isə buna yardım etməlidir. Düşünürəm ki, biz buna nail oluruq. Biz bu məsələləri həm ikitərəfli, həm də çoxtərəfli formatlarda müzakirə edirik”, – deyə Kosaçev vurğulayıb.