Tarix : 2016 May 15
Kod 48836

QMİ sədri İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri ilə görüşüb

İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri Azərbaycan Respublikasına səfərinin davamında Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşüb.


AranNews-
Qafqaz Müsəlmanları İdarəsinin sədri bu görüşdə iki ölkənin müxtəlif sahələrdəki güclü münasibətlərinə işarə edərək, deyib: Bəziləri bu əlaqələri pozmaq ardıncadırlar, amma onlar bilmirlər ki, iki ölkə əlaqələri günbhəgün genişlənməkdə və güclənməkdədir və onun bariz nümunəsi, iki ölkə prezidentlərinin son iki ildə bir neçə dəfə görüşməsidir ki, bu görüşlər iki ölkə əlaqələrində parlaq gələcəkdən xəbər verir.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasında şiə ilə sünninin vəhdətinə işarə edib və belə deyib ki, bu ölkədə şiələr və sünni əhli bir-birinin kənarında camaat namazı qılırlar.
Qafqaz Müsəlmanları İdarəsinin sədri İslam İnqilabının Böyük Rəhbərinin Qarabağın islami ölkələrə aid olmasına dair təkidlərinə işarə edərək, İranın bu münaqişənin həlli üzrə mövqelərini yüksək qiymətləndirib və bildirib ki, Qarabağ münaqişəsi müzakirə yolu ilə həll olunmalıdır.
İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri də bu görüşlərdə iki ölkənin uzun keçmişli əlaqələrinə, eləcə də iki tərəfin bir çox mədəni və dini ortaqlıqlarına işarə edib. O, əlaqələrin mədəni sahələrdə genişlənməsini vurğulayıb.
İbrahimi-Torkəman regionun aqilliyə söykənən mənəviyyata və əsl İslama olan ehtiyacını xatırladıb və xalqın bir hissəsinin, xüsusən gənc nəslin məlumatlı olmasını vacib hesab edib.
  • Yazılıb
  • da (də) 2016 May 15
  • Göndərən مدير سايت Aran News