Mübariz Qurbanlı: “Dini radikalizmə, ekstremizmə qarşı mübarizədə İranla əməkdaşlıq edirik”.
AranNews- “İran və Azərbaycan dost ölkələrdir. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Mədəniyyət və din sahəsində də əməkdaşlığımız davam etməkdədir”.
bunu İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanla görüşdən sonra jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlı mayın 14-də Azərbaycanda İran kino festivalının açılışı olacağını nəzərə çatdırıb: “Bu, mədəniyyət hadisəsidir. Ümumilikdə, biz dini radikalizmə, dini ekstremizmə qarşı mübarizədə İranla, xüsusən İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatı ilə maarifləndirici xarakterli kitab və digər məsələlərlə əlaqədar əməkdaşlıq edirik. Əsas qayəmiz bölgədə sülh, əməkdaşlıqdır və bunu da iki ölkə rəhbərliyi birgə həyata keçirir. Biz da bu yöndə öz töhfəmizi veririk”.
Qeyd edək ki, Bakıda səfərdə olan İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkman səfərinin yekunları ilə bağlı jurnalistlər üçün mətbuat konfransı keçirib.