Naməlum şəxslər İstanbulda Xanım Zəhra (s.ə) məscidinə daxil olaraq məscidi yandırıblar.
Arannews- İstanbulda Arnavutköy qəsəbəsində Xanım Zəhra (s.ə) məscidinə hücum edilib.
Naməlum şəxslər məscidin üst pəncərəsindən məscidə daxil olaraq məscidi yandırıblar.
Polis hadisəni törədənlərin izini tapa bilməyib.
Qeyd edək ki, ötən il İstanbulda bir neçə şiə məscidinə hücumlar edilmiş, olayda İŞİD tərəfdarları günahkar bilinmişdi.