Mədəniyyət və turizm naziri, İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının sədri başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AranNews- Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Əbülfəs Qarayev Azərbaycan və İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
Qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edir. Azərbaycan və İranı ortaq tarix, mədəniyyət və din bir-birinə daha sıx bağlayır.
İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman, rəhbərlik etdiyi təşkilatın 60-dan çox ölkədə 83 mədəniyyət mərkəzinin olduğunu vurğulayıb. Bildirib ki, bu mərkəzlərdən biri də Azərbaycanda fəaliyyət göstərir: “Son illərdə Azərbaycanla münasibətlərdə böyük irəliləyiş müşahidə olunur. İran dövləti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün böyük maraq göstərir. İldən-ilə ölkələrimiz arasında mədəniyyət əlaqələri inkişaf edir, turist səfərlərinin sayı çoxalır. Məqsədimiz bu istiqamətdə müştərək əməkdaşlığı davam etdirməkdən ibarətdir”.