Arannews- minlər Yəmənli aksiya keçirərək ölkənin nüfuzlu hərəkatı olan “Ənsarullah”-a dəstək verdilər.Amerikanın cinayətlərini qınayan yəmənlilər, “Hizbullah” komandiri Mustafa Bədruddinin terror edilməsini də məhkum ediblər.
Aksiya iştirakçıları oxuduqları bəyanatda “Ənsarullah” hərəkatının rəhbəri Əbdul-Məlik Husiyə düşmənin işğalının önündə durmaq məqsədi ilə tam olaraq səlahiyyət və məsuliyyət verdiklərini də bildiriblər.
Aksiyada "Xalq Ənsarullah"ı dəstəkləyir" şüarları və plokatları diqqət çəkib.