İranın Milli neft-kimya şirkəti Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir.
AranNews- "İran Azərbaycana neft-kimya məhsullarını ixrac etmək məqsədi ilə yeni gəmi xəttinin açılmasında maraqlıdır və buna hazırdır".
İranın Milli neft-kimya kommersiya şirkətinin baş direktoru Mehdi Şərifi Niknəfs qeyd edib ki, "Azərbaycan və İran arasındakı ticarət əlaqələrinin gələcəkdə müsbət yöndə inkişaf edəcəyi gözlənilir. Azərbaycanlı istehsalçıların xərclərini azaltmaq məqsədi ilə İran Azərbaycana neft-kimya məhsullarını ixrac etmək üçün gəmi xəttini istifadəyə verməyə, hətta gəmi almağa da hazırdır", - deyə şirkət rəhbəri qeyd edib.
O deyib ki, İranın Milli neft-kimya kommersiya şirkəti Azərbaycanda öz nümayəndəliyini aça bilər: "Bununla, azərbaycanlı sahibkarlar və onların rəhbərlik etdiyi şirkətlər neft məhsullarına olan tələbatını bu ofis vasitəsi ilə təmin edə bilərlər. Bu, neft məhsullarını daha aşağı qiymətə əldə etməyə imkan verəcək".