Antonov şirkəti Azərbaycana "An-178" tipli on yeni nəqliyyat təyyarəsi satmağı planlaşdırır.
AranNews- Azərbaycana satılması planlaşdırılan nəqliyyat təyyarələrinin çatdırılma müddəti və müqavilənin detalları hələ məlum deyil.
Hərbi nəqliyyata "An-178" təyyarəsi Ukraynanın Antonov şirkəti tərəfindən istehsal edilir. Bu model təyyarələr “Antonov” An-158 hərbi hava gəmisinin əsasında yığılır.
Təyyarənin yükgötürmə qabiliyyəti 18 tondur. Bu təyyarə bazarda "An-12" təyyarəsinin əvəzi kimi tanınır.
2010-cu ildən yığılmağa başlayan təyyarənin qiymətinin 40-70 milyon dollar arasında olduğu deyilir. Bu model İtaliyanın “Aleniya” C-27j, ABŞ-ın “Lockheed Martin” C-130j, Braziliyanın “Embraer” KC-390 və Rusiyanın İl-214 təyyarələrinə rəqibdir.
2015-ci ildə Səudiyyə Ərəbistanı “Antonov” təyyarəsindən 30 ədəd sifariş edib.