Tarix : 2016 May 15
Kod 48843

Azərbaycan turizminin tanıtımı üçün internet televiziya yaradılır

Turizmimizlə bağlı məlumatlar ingilis dilində TravelTV-də xarici ölkə vətəndaşlarına çatdırilacağ.
AranNews- "Luna Travel”in direktoru, hüquqşünas Rəhman Quliyev deyir ki, Azərbaycana turist cəlb etmək nə təkcə Mədəniyyət və Turizm Nazirliyinin, nə aviakampaniyaların, nə də hansısa şirkətin imkanları daxilindədir. Hər bir qurum və şirkət gücü yetən qədər bu sahədə çalışmalıdır: "Azərbaycana turist cəlb etmək üçün gücümüz çatan qədər də çalışırıq. Məsələn, yeni onlayn televiziya olan TravelTV.az yaradılır. Yaxınlarda icimaiyyətin ixtiyarına veriləcək. Orada Azərbaycana aid bütün video çarxlar təqdim olunacaq. Turizmimizlə bağlı məlumatları ingilis dilində xarici ölkə vətəndaşlarına çatdırmağa çalışacağıq. Mən ölkəmizə turist cəlb etmək üçün üzərimə düşən mənəvi borcumu yerinə yetirirəm.
Bu televiziya qeyri-kommersiya xarakterlidir, Azərbaycanın tanıtımı üçündür. Burda şirkət, hansısa otel reklam etmirəm. Əgər olsa belə, ödənişsizdir”.
R.Quliyev qeyd edir ki, müharibə şəraitində bir ölkə olması Azərbaycana gələn turist sayına təsir göstərir: "Azərbaycan bu gün müharibə şəraitində yaşayır. Müharibə şəraitində olan ölkəyə isə istənilən səviyyədə turist cəlb etmək olmur. Ona görə də Qarabağ probleminin tezliklə həllinə nail olmaq turizm sektoruna da böyük köməklik edəcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Hava Yolları maksimum dərəcədə çalışır. Müəyyən qədər turist axını olacaq. Amma gözlədiyimiz qədər olmayacaq. Nə qədər ki müharibə şəraitində yaşayırıq, xarici ictimaiyyətin şüurunda müharibə zonası olaraq qalmışıq, istədiyimiz qədər turist cəlb edə bilmərik. Apreldə olan müharibədən bütün dünya yazdı. Bu da müəyyən mənada turistlərin seçimlərinə təsirini göstərir.
Hazırda Rusiya, Gürcüstan, Ukrayna, Orta Asiya ölkələrindən, qismən Avropadan turist cəlb edə bilərik. Amma istədiyimiz səviyyədə olmayacaq”.
  • Yazılıb
  • da (də) 2016 May 15
  • Göndərən مدير سايت Aran News