Tarix : 2016 May 15
Kod 48845

İraq hərbçilərinin terrorçulara qarşı endirdiyi zərbələri davam edilir

İraq hərbçiləri Əl-Ənbar vilayətində yeni əraziləri terrorçuların nəzarətindən azad edib.
Arannews- İraq hərbçilərinin əməliyyatları nəticəsində Əl-Ənbar vilayətində yeni ərazilər terrorçuların nəzarətindən azad edilib.
Əl-Ənbar vilayətinin Bağdadi bölgəsinin şəhər şurasının sədri Davud Deyləmi deyib: İraq hərbçiləri köçəri tayfaların köməkliyi ilə Bağdadinin şimalında yerləşən Cəbbə məntəqəsini İŞİD terrorçularının işğalından azad ediblər.
İraq qüvvələri öncə də Cəbbə məntəqəsinin ətrafında yerləşən Ədusiyyə kəndini azad etmişdi.
Bağdadi bölgəsinin azad edilməsi əməliyyatı çərşənbə günündən başlanılıb.
Ərrəmadi şəhərinin şərqində yerləşən Xalidiyyə şəhərinin yerli mənbələri isə bildiriblər ki, İraq hərbçiləri İŞİD-in Bueyse və onun ətraf bölgələrinə hücumunu dəf edərək 80 terrorçunu öldürüblər.


  • Yazılıb
  • da (də) 2016 May 15
  • Göndərən مدير سايت Aran News