Tarix : 2016 May 15
Kod 48846

Yəmən xalqı amerika və ərəbistana qarşı aksiya keçiriblər

Yəmənlilər Səudiyyə rejiminin rəhbərliyi altındakı xarici qüvvələrin Yəmənə hücumlarını və Amerikanın da ölkələrində hərbi qüvvələrini yerləşdirməsini qınayıblar.
Arannews- Yəmən xalqı Amerikanın Yəməndəki işğalını qınamaq üçün yenə küçələrə axışıb.
Yəmən xalqı paytaxt Sənada təşkil etdikləri aksiyada, Səudiyyə rejiminin rəhbərliyi altındakı xarici qüvvələrin Yəmənə hücumlarını və Amerikanın da bu ölkələrində hərbi qüvvələrini yerləşdirməsini qınayıblar.
Səudiyyə və ABŞ əleyhinə yazılı plakatlar daşıyan və şüarlar səsləndirən nümayişçilər Amerikanın regiondakı siyasətlərini qınayıblar.
Əl-Məsirə televiziyası yenidən ABŞ-a məxsus 15 Apachi və 5 Black Hawk helikopterinin Yəmənin cənubundakı Əl-And hava bazasına endiyini bildirib.
Bu arada 200-dən artıq Amerika dəniz piyadasının da keçən həftədən etibarən Yəmənin cənubunda yerləşən Əl-Məkla şəhərinə hərbi vasitələrlə gəlidiyi və Amerikanın hərbi-dəniz donanmasına aid gəmilərin də Ədən körfəzində yerləşdiyi vurğulanıb.


  • Yazılıb
  • da (də) 2016 May 15
  • Göndərən مدير سايت Aran News