Imam Xamenei "əsil islamı dərk etməyi və kitab və sünnəyə arxalanmağı" ağıl, islam düşüncəsini bəyan etməklə ruhanilərin önəmli vəzifəsi adlandırıb və bildiriblər: Peyğəmbərlərin yolu bu əsil təfəkkürün genişləndirilməsidir və ruhanilər də həmin səadət bəxş edən yolu, yəni insanların dini hidayətini davam etdirənlərdirlər.
Arannews- İslam İnqilabının Böyük Rəhbəri "Fikri və Dini İstiqamətləndirmə", "Siyasi istiqamətləndirmə və məlumatın artırılması" və "İctimai xidmətlər sahəsində bələdçilik və iştirakı" ruhaniliyin üç əsas vəzifəsi adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei şənbə günü Tehran Dini Elmlər Hövzələrinin müdirləri, müəllimləri və tələbələrini qəbul ediblər. İnqilab Rəhbəri bildiriblər: Tələbələr lazımi səlahiyyətlər və məlumatları əldə etməklə bugünkü fərqli dünyada cəmiyyətdə təyinedici məsuliyyətlərin icrası üçün özlərini hazır etməlidirlər.
İslam İnqilabının Böyük Rəhbəri dəyərlərin və tələbəlik məsuliyyətinin qədrini bilməyi tələbələrə tövsiyə edərək deyiblər: Əgər bir ictimaiyyətin ehtiyac duyduğu bütün ixtisaslar ən yaxşı şəkildə olarsa, lakin ictimaiyyət dini olmazsa, o xalq dünya və axirətdə xüsran və həqiqi problemlə üzləşəcək. Bu böyük məsuliyyət, yəni ictimaiyyətin dini ictimaiyyətə çevrilməsi alimlər, ruhanilik və tələbələrin üzərinədir.
İnqilab Rəhbəri "İrticaçı, təəssübkeş, mənəvi həqiqətləri dərk etməyən və zahirdə donan islamı" azğın təfəkkürlərin bariz nümunəsi adlandırıb və əlavə ediblər: Bu qayçının digər üzündə, "Amerika islamı" əsil islamla qarşıdurmadadır.
Həzrət Ayətullahülüzma Xamenei "əsil islamı dərk etməyi və kitab və sünnəyə arxalanmağı" ağıl, islam düşüncəsini bəyan etməklə ruhanilərin önəmli vəzifəsi adlandırıb və bildiriblər: Peyğəmbərlərin yolu bu əsil təfəkkürün genişləndirilməsidir və ruhanilər də həmin səadət bəxş edən yolu, yəni insanların dini hidayətini davam etdirənlərdirlər.
İslam İnqilabının Böyük Rəhbəri insanların əməli hidayətini düşüncə hidayətinin təkmilləşdiricisi adlandırıb və əlavə ediblər: Ən yaxşı metodlarla insanları ibadətə, dini meyarlar, o cümlədən sədaqət, əmanət, təqva, inkar olunanları tərk etmək, əmr be məruf, düzgün həyat tərzinə hidayət edin.
Həzrət Ayətullahülüzma Xamenei siyasi hidayəti alimlər və ruhanilərin digər önəmli vəzifəsi adlandırıb və deyiblər: Dini elmlər hövzələrinin inqilabçı olmasının zəruriliyini dəfələrlə vurğulamağın səbəbi budur ki, cəmiyyətin düzgün və inqilabçı hərəkətinin davamlılığı ruhaniliyin davamlı iştirakı olmadan mümkün deyildir.
İslam İnqilabının Böyük Rəhbəri tələbələrə yaxşı dərs oxumağı və nəfsi pərhizi tövsiyə edərək xatırladıblar: Heç bir digər ixtisasın alternativi ola bilməyəcəyi ruhanilik məsuliyyətlərinin icrası üçün öz səyinizi göstərin. Əlbəttə bu iş vəzifə, iş yeri və yaxud şöhrət qazanmaq məqsədi mənasında olmamalıdır.