Tarix : 2016 May 15
Kod 48848

Hizbullah dəmir yumruğu ilə Bədrəddinin terroruna cavab verəcəkdir

Hizbullah müqavimət düşmənləri və terror qruplaşmalarının himayədarlarına hesablanmış və möhkəm cavab verəcəkdir.
Arannews- Livanın sabiq müdafiə naziri Əbdürrəhim Murad Hizbullahın hərbi qolunun baş komandiri Mustafa Bədrəddinin müqavimət düşmənləri ilə mübarizədə ön cəbhədə olduğunu bildirərək deyib: Hizbullah müqavimət düşmənləri və terror qruplaşmalarının himayədarlarına hesablanmış və möhkəm cavab verəcəkdir.
Əbdürrəhim Murad Seyid Mustafa Bədrəddinin Dəməşq aeroportu yaxınlığında onun məkanına təkfirçi qruplaşmaların arsenal hücumu nəticəsində şəhid olduğuna toxunaraq deyib: O müqavimətin bariz şəxsiyyəti olaraq Hizbullaha və sionistlərə qarşı əməliyyatda özünəməxsus keçmişə malik idi.
Livan Hizbullahı şənbə günü bir bəyanatda bildirib: Hizbullahın komandirlərindən Mustafa Bədrəddin təkfirçi qruplaşmaların Dəməşq aeroportu yaxınlığında onun qaldığı məkana top atəşi nəticəsində şəhid olmuşdur.
Sionist rejimin təhlükəsizlik orqanı illərdir Hizbullah komandiri Mustafa Bədrəddinin terroru üçün onu izləyirdi.


  • Yazılıb
  • da (də) 2016 May 15
  • Göndərən مدير سايت Aran News