Tarix : 2016 May 15
Kod 48849

İŞİD-in hərbi komandiri öldürülüb

Suriya ordusu İŞİD-in hərbi komandiri Əbu Məhəmməd əl-Ənsari bir neçə terrorçu ilə birlikdə məhv ediblər.
Arannews- Suriya ordusunun ölkənin şərqində keçirdiyi əməliyyatda İŞİD terror qruplaşmasının komandiri öldürülüb.
Suriya ordusu bildirib: suriyanin şərqində ən önəmli şəhər olan Deyruz-Zur şəhəri yaxınlığında ağır döyüşlərdə, İŞİD-in hərbi komandiri Əbu Məhəmməd əl-Ənsari bir neçə terrorçu ilə birlikdə öldürülüb.
Suriya ordusu qüvvələri həmçinin İŞİD terrorçuarını Suriyanın Kənd Təsərrüfatı İdarəsindən çıxarıblar.
Suriya ordusu Deyruz-Zur şəhərində əl-Əsəd klinikasını terrorçulardan geri alıb və əsir götürülmüş bütün həkimlər və vətəndaşları azad edib.
Suriyanın şimal-şərqində Həsəkənin ətrafında Ziyanat kəndi ətrafında İŞİD terrorçuları ilə kürd qüvvələri arasında qarşıdurma başlanmışdır.
Suriyalı dairələrin bildirdiyinə əsasən, Suriya ordusu Daria məntəqəsində silahlı terrorçuları hədəfə alaraq düşmənin mövqelərini məhv etmək üçün əl-Qəryə əl-Səğirə istiqamətində quru əməliyyata başlayıb.
Suriya ordusu həmçinin Dəməşqin Qərbi Qutə bölgəsində silahlı terrorçuların nüfuz etmək cəhdinin qarşısını alıb və onların mövqelərini məhv edib.


  • Yazılıb
  • da (də) 2016 May 15
  • Göndərən مدير سايت Aran News