Tarix : 2016 May 15
Kod 48850

Ənsarullah danışıqlar üzrə amerikalıların müraciətini rədd edib

Ənsarullah Hərəkatı Vaşinqtonun müraciətinin rədd olunmasının səbəbini Amerika hərbçilərinin Yəmənin cənub vilayətlərinə ezam olunması adlandırıb.
Arannews- Yəmənin Ənsarullah Hərəkatı amerikalıların danışıqlar üzrə müraciətini rədd edib.
Küveytdə olan Ənsarullah Hərəkatının müzakirə heyəti Vaşinqtonun müraciətinin rədd olunmasının səbəbini Amerika hərbçilərinin Yəmənin cənub vilayətlərinə ezam olunması adlandırıb.
Ənsarullah bildirib ki, Amerikanın bu hərəkəti Yəmən ərazisinin işğalı və bu ölkədə müharibənin davam etməsi mənasındadır.
bu arada Yəmən Xalq Konqresi partiyasının nümayəndəsi də Ərəbistanın Yəmənə təcavüzünün davam etməsinə etiraz olaraq Ərəbistan səfərinin görüş istəyini rədd edib.


  • Yazılıb
  • da (də) 2016 May 15
  • Göndərən مدير سايت Aran News