Arannews- İran İslam Respublikası kənd təsərrüfatı naziri Azərbaycan Respublikasının prezidenti ilə görüşərək danışıqlar aparıb.
Bu görüşdə Azərbaycan prezidenti öz səmimi salamlarını İran prezidentinə çatdıraraq və iki ölkənin müxtəlif sahələrdə səmimi əlaqələrinə toxunaraq ümidvarlıq edib ki, İranın kənd təsərrüfatı sahəsindəki inkişafını nəzərə alaraq iki tərəfin digər sektorlardakı kimi bu sektorda da əməkdaşlıqları inkişaf edəcək.
İranın sanksiyalar dövründə kənd təsərrüfatı sahəsində sərhədlərdən kənardakı asılılığının azalmasını önəmli adlandıran İlham Əliyev Azərbaycan kənd təsərrüfatı sahəsinin əməkdaşlıqların genişlənməsi üçün hazır olduğuna toxunub: Bu sahədə müştərək kənd təsərrüfatı işçi qruplarının təşkil olunması ilə yaxşı nəticələri əldə etmək olar.
İran İslam Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentlərinin üçtərəfli iclasının yaxın gələcəkdə keçiriləcəyini bildirən İlham Əliyev bu iclası da regional əməkdaşlıqların gücləndirilməsində təsirli adlandırıb.
İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti də bu görüşdə İran prezidentinin səmimi salamlarını İlham Əliyevə çatdıraraq iki ölkə prezidentlərinin ötən iki ildə bir neçə dəfə görüşünün baş tutmasını əlaqələrin hərtərəfli inkişafı üçün iki tərəfin maraqlı olmasının göstəricisi adlandırıb.