Azərbaycan Rəespublikası mədəniyyət və turizm nazirinin müavini Bakıda İran Kino Həftəsinin keçirilməsini bu ölkənin mədəniyyət və incəsənət həyatında önəmli hadisə adlandırıb.
Arannews- Bakının Nizami Gəncəvi Kinoteatrında İran Kino Həftəsi tədbiri keçirilib.
Tədbirdə İran və Azərbaycan Respublikasının rəsmiləri və mədəniyyət dairələrinin nümayəndələri iştirak ediblər.
İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi İbrahim İbrahimi bu tədbirdə İran Kino Həftəsinin Bakıda keçirilməsi üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürünü bildirib və ümidvarlıq edib ki, Azərbaycan vətəndaşları bu günlərdə İran kinosu ilə tanış olacaqlar.
İbrahimi İranda müxtəlif tarixi və ictimai sahələrdə ildə 180-dən çox kino və teleserialın çəkildiyini diqqətə çatdıraraq bu kino və teleseriallarda əsas məqsədi ictimaiyyətdə milli və mənəvi dəyərlərin qorunması və genişləndirilməsi adlandırıb.
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də bu tədbirdə Bakıda İran Kino Həftəsinin keçirilməsini bu ölkənin mədəniyyət və incəsənət həyatında önəmli hadisə adlandırıb.
O bildirib: İki ölkə arasındakı razılığa əsasən cari il oktyabr ayında İranda Azərbaycan Mədəniyyət Həftəsi keçiriləcək.
Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmov da Bakıda İran kinosu həftəsinin keçirilməsini Azərbaycanda kino sevərlərə böyük hədiyyə adlandırıb.
Hətəmov Azərbaycanda İran kinolarına güclü marağın olduğunu diqqətə çatdırıb.
Bakıda İran Kinosu Həftəsində 4 kino, o cümlədən "143-cü yarıq", "Bir tikə qənd", "Rəssamlıq hovuzu" ekranlaşır.
Bu tədbirdə həmçinin "143-cü yarıq" filminin rejissoru Nərgiz Abyar və Firdovs obrazını canlandıran aktrisa Gilarə Abbasi iştirak ediblər.