Firdovsi Milli Günü münasibəti ilə Bakıda Əbülqasim Firdovsinin xatirəsinə tədbir keçirilib.
Arannews- Azərbaycan respublikasinin paytaxtı Bakıda İranın böyük şairi Həkim Əbülqasim Firdovsinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.Azərbaycan Milli Elmlər Akademiyasının sədr müavini İsa Həbibbəyli bu tədbirdə deyib: Bu iranlı şairin əbədi qalacaq Şahnamə əsəri mədəniyyət və ədalət kitabıdır. Dünya cəmiyyətləri hal-hazırda hər zamankından daha çox bu dəyərli əsərdə gizli qalan dəyərlərə ehtiyaclıdır.
Azərbaycanla İranın müxtəlif sahələrdə əlaqələrinin genişlənməsindən razılığını bildirən Həbibbəyli Bakıda Firdovsinin xatirəsinə həsr olunan tədbirin keçirilməsini iki ölkənin mədəni və elmi əlaqələrinin genişlənməsinin göstəricisi adlandırıb.
Bu tədbirdə bir neçə azərbaycanlı ədib və təqiqatçı da Firdovsinin dünya ədəbiyyatına təsiri və Şahnamədə sülh mövzusu üzrə çıxış ediblər.