Tarix : 2016 May 16
Kod 48857

İlham Əliyev və Serj Sarkisyan arasında görüş keçiriləcək

İlham Əliyev və Serj Sarkisyan arasındaki görüşün əsas məqsədi məsləhətləşmələr aparılması və təmas xəttində hərbi risklərin azaldılmasından ibarətdir .
Arannews- Bu gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçiriləcək.
Görüşdə Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri də iştirak edəcək. 
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova görüşdə əsas məqsədin məsləhətləşmələr aparılması və təmas xəttində hərbi risklərin azaldılmasından ibarət olduğunu bildirib.
Xatırladaq ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü 2015-ci ilin dekabrın 19-da İsveçrə Konfederasiyasının paytaxtı Berndə keçirilib. 
Görüş nəticəsiz başa çatıb.

  • Yazılıb
  • da (də) 2016 May 16
  • Göndərən مدير سايت Aran News