İŞİD Türkiyədə 10 böyük terror aktı hazırlayıb. 10 terrorçu türkiyəyə daxil olub.
Arannews- İŞİD Türkiyənin böyük şəhərlərində 10 fərqli hücum həyata keçirmək istəyir.bu haqda Türkiyənin MİT (Milli Kəşfiyyat Təşkilatı) məlumat yayıb.
Məlumata görə, kəşfiyyat İŞİD-in internet saytları, sosial şəbəkələrdəki profil və səhifələri, o cümlədən "Konstantiniye" jurnalını təqibə alaraq qruplaşmanın polis və əsgərlərı "kafir" olaraq adlandırdığını və onların öldürülməsinin caiz olduğunu təbliğ etdiklərini bildirib.
Məlumata görə, 10 terrorçu Qaziəntəpdən ölkəyə daxil olub. Bundan sonra kəşfiyyat məlumatları polis və digər hüquq mühafizə orqanlarına çatdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.