Arannews- sionisti işğalçılar İordan çayının qərb sahilində 4 fələstinlini həbs edib
Nablus şəhərində işğalçılar 2 fələstinlini həbs edib.
Bundan əlavə, sionist rejimi əsgərlər Deyr əl-Xəttab kəndinə soxularaq, 1 nəfər dinc sakini həbs ediblər. Tulkarm şəhərindən şimalında yerləşən Seyda qəsəbəsində isə daha bir nəfər həbs edilib.
İşğalçılar Beyt-Ləhəm şəhərindən şərqdə yerləşən əl-Asakda kəndində basqınlar və həbslər təşkil ediblər.
İki gün öncə İordan çayının qərb sahilinin müxtəlif rayonlarında da 5 fələstinli həbs edilmişdi.
Qeyd edək ki, Fələstin sionist rejiminin zülmünün dəhşətlərilə hər gün üz-üzədir.
Sionist rejiminin əsgərləri həta uşaqlara belə atəş açaraq amansız düşmən olduqlarını gizltmirlər. Mart ayında baş verən bu hadisə bunu bir daha sübut edir.