sionist rejimi imperialist və müstəmləkə planlarının nümayəndəsidir və regionda mədəniyyət, əmlak və İslam dünyasının mövcudluğuna qarşı tuşlanıb.
Arannews- Livan Hizbullahının lideri Seyyid Həsən Nəsrullah bildirib ki, sionist rejimi imperialist və müstəmləkə planlarının nümayəndəsidir və regionda mədəniyyət, əmlak və İslam dünyasının mövcudluğuna qarşı tuşlanıb. Sionist rejimi tərəfindən məscidlərə qarşı olan təhdidlərə işarə edərək Seyyid Həsən Nəsrullah deyib: “Hazırda islam ümməti Fələstin xalqı qarşısında çətin bir məsuliyyət qarşısındadır, xüsusən də Beytül- Müqəddəs qarşısında məsuliyyət daşıyır.” Hizbullahı baş-katibi Seyyid Həsən Nəsrullah bəzilərinin “sionist rejim artıq islam və ərəb dünyası üçün təhlükəli deyil, yalnız Fələstin üçün təhlükədir” fikrini tənqid edərək "sionist rejiminin Livan və Suriyadaki təcavüzü göstərir ki, sionist rejimi hələ də ərəb və islam dövlətlərinə qarşı təhlükəlidir.", - deyə bildirib.