Azərbaycan və İran arasinda bitkiçilik, toxumçuluq və ticarət sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.
AranNews- kənd təsərrüfatı naziri Heydər Əsədov bunu jurnalistlərə açıqlamasında deyib.
H.Əsədov İranla baramaçılıq sahəsində də əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparıldığını deyib.
“Həmçinin, texniki dəstəklə bağlı da müzakirələr apardıq. Bununla yanaşı, ticarət əməliyyatlarında bir-birimizdən istifadə edərək üçüncü dövlətlərə çıxmaqla bağlı fikir mübadiləsi aparılıb.
Bundan başqa, bu il İrandan Azərbaycana barama qurdları gətirilərək əhaliyə pulsuz paylanılıb. Hazırda bunlar inkubasiya dövründədir. Barama qurdları üçün tut ağacları və çəltiklərin İrandan gətirilməsi ilə bağlı müzakirələr apardıq. Tezliklə nümayəndələrimiz İrana sərf edəcək və həmin ağac və kolları gətirəcəklər”.