İraqlı ordusu əl-Ənbar vilayətində irəliləyir. əl-Ənbar vilayətinin 3 kəndi İŞİD terrorçularının işğalından azad edilib.
Arannews- İraq Müdafiə Nazirliyi əl-Ənbar vilayətində 3 kəndin İŞİD terrorçularının işğalından azad edildiyini bildirib.
ordu generalı Əli İbrahim 3 kəndin İŞİD-in işğalından azad edilməsi xəbərini təsdiq edərək, deyib: Bu əməliyyat zamanı 15 terrorçu öldürülüb, terrorçulara məxsus 4 ədəd bomba quraşdırılmış avtomobil məhv edilib.
Əl-Ənbar əyalətinin valisi Səhib əl-Ravi də deyib: İraq silahlı qüvvələri Rütbə kəndinə doğru geniş irəliləyişə malik olublar və bu şəhərin terrorçulardan azad edilməsi əməliyyatı tezliklə başa çatacaq.
İraqlı qüvvələr ötən aylar ərzində əl-Ənbar əyalətinin mərkəzi olan Rəmadi şəhəri daxil olmaqla bir çox ərazini İŞİD-in işğalından azad edib.
İraq polisi isə Diyalə əyalətində yerləşən Bəqubə şəhərində əl-Qaidə terror qruplaşmasına bağlı bir şəbəkəni zərərsizləşdirib.