Arannews- Pakistanın Pişəvar şəhərində iki partlayış baş verib. Nəticədə 1 polis əməkdaşı həyatını itirib, daha 10 nəfər isə yaralanıb.
hadisə baş verən ərazi polis tərəfindən mühasirəyə alınıb.
Partlayıcı qurğulardan biri polis patrul maşının keçdiyi yola qoyulmuşdu. Partlayış nəticəsində 1 polis əməkdaşı həyatını itirib, maşında olan daha 3 əməkdaş isə xəsarət alıblar.
İkinci partlayıcı qurğu isə, birincinin yaxınlığında məsafədən işə salınıb. Hadisə nəticəsində 7 dinc sakin xəsarət alıb. Bildirilir ki, ikinci
partlayışda xəsarət alan şəxslər, 1-ci partlayışda xəsarət alanlara kömək etmək istəyənlər olublar. Xəsarət alanlar yerli hospitala çatdırılıblar. Hazırda heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.