Tarix : 2016 May 18
Kod 48884

Ali-səud rejimi kobud şəkildə insan haqlarını pozur

Ərəbistan rəsmiləri İrana casusluq ittihamı ilə həbs edilənləri zindanda saxlanıldıqları 3 il ərzində vəkilləri ilə görüşmək və özlərini müdafiə etmək üçün məhkəmə sənədlərini əldə etmək kimi imkanlardan məhrum ediblər.
Arannews- İnsan Haqlarına Nəzarət Təşkilatı Ərəbistanın 32 nəfəri İrana casusluqda ittiham və mühakimə etməsini tənqdi edib.
İnsan Hqlarına Nəzarət Təşkilatı bildirib ki, Ərəbistan bu şəxslərin mühakimə edilməsi zamanı insan haqlarını kobud şəkildə pozub.
Ərəbistan rəsmiləri İrana casusluq ittihamı ilə həbs edilənləri zindanda saxlanıldıqları 3 il ərzində vəkilləri ilə görüşmək və özlərini müdafiə etmək üçün məhkəmə sənədlərini əldə etmək kimi imkanlardan məhrum ediblər.
İnsan Haqlarına Nəzarət Təşkilatı əlavə edib: İrana casusluqda ittiham edilənlərə qarşı hazırlanmış ittihamnamədə müttəhimlər cinayət halları ilə heç bir oxşarlığı olmayan bir sıra müddəalar əsasında o cümlədən şiə məzhəbinə rəvac vermək kimi məsələdə ittiham edilirlər.
  • Yazılıb
  • da (də) 2016 May 18
  • Göndərən مدير سايت Aran News