Bu ilin əvvəlində İŞİD-in Suriyada işğal etdiyi ərazilərinin itirdiyi 10 faiz idi, indi 16-20 faiz olub, İraqda isə daha öncə işğal etdiyi torpaqların 40 faizinin itirildiyi deyilirdi.
Arannews- İŞİD terror qruplaşması İraqda işğal etdiyi ərazinin, demək olar, yarısını, yaxud 45 faizini itirib. Suriyadakı işğal etdiyi ərazilərin isə beşdə birini əldən verib. Bunu mayın 16-da Pentaqonun sözçüsü Peter Cook deyib.
Bu ilin əvvəlində İŞİD-in Suriyada işğal etdiyi ərazilərinin itirdiyi 10 faiz idi, indi 16-20 faiz olub, İraqda isə daha öncə işğal etdiyi torpaqların 40 faizinin itirildiyi deyilirdi.
İlin əvvəlindən İŞİD Ramadi və Heet şəhərlərinə nəzarəti itirib, Fəllücə və Mosul isə əlində qalır.