İŞİD terror təşkilatı terrorçuları Liviyanın Sirt şəhərində azı 49 nəfərin, və Misrata şəhərindədə onlarla insanın başını kəsib və güllələyib.
Arannews- insan haqlarının müdafiə təşkilatı “Human Rights Watch” açıqlama yayaraq İŞİD terrorçularının onlarla Liviya vətəndaşını edam etdiyini bildirib.
“Human Rights Watch” bildirib ki, İŞİD terror təşkilatı terrorçuları Liviyanın Sirt şəhərində azı 49 nəfərin, və Misrata şəhərindədə onlarla insanın başını kəsib və güllələyib.
Təşkilat, BMT-in insan haqların üzrə Şurasını məlum cinayəti araşdırmağa səsləyib.
“Human Rights Watch” həmçinin BMT Təhlükəsizlik Şurasını, Liviyada hərbi cinayətlər törədən İŞİD və digər ekstremist qruplaşmalar üçün cəza tədbirlərini müəyyən etməyə səsləyib.