Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası aviasiya hadisəsi ilə bağlı məlumat yaydı.
AranNews- AN-12 tipli mülki təyyarədə yalnız ekipaj üzvləri olub. Daxil olan məlumata görə, qəza nəticəsində bütün ekipaj üzvü həlak olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq bilinmir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası Bildirilir ki, qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində Əfqanıstan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Məlumata görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer havalimanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub. Əldə olunan məlumata əsasən, heyətin tərkibinə kapitan olan Özbəkistan vətəndaşı, üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.