Rusiya İŞİD-in Türkiyə ilə əlaqəsini sübut edəcəyi halda, Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu istefa verəcək.
AranNews- Çavuşoğlu bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun iddialarına cavab olaraq bildirib.
“Əgər Rusiya Türkiyənin İŞİD-ə kömək etdiyini sübut edərsə, mən istefa verməyə hazıram. Əgər siz öz iddialarınızı sübut edə bilməsəniz, mən sizi həyatınızın sonuna kimi bizim qonağımız olaraq Antalyaya dəvət edirəm”, – Türkiyə xarici işlər naziri bildirib.
Qeyd edək ki, Antalya Çavuşoğlunun doğma şəhəridir.
Xatırladaq ki, dünən mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin başçısı İŞİD-in təchizatı üçün Türkiyə tərəfindən yaradılmış çox ciddi şəbəkənin olduğunu iddia edib.
Lavrovun sözlərinə görə, Türkiyə tərəfindən “yaradılan” şəbəkə maskalanmağa və İŞİD-in təchizatını davam etdirməyə imkan verir.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putinin analoji iddialarına cavab verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə İŞİD arasında əlaqənin sübut olunacağı halda istefa verəcəyini bildirib.