AranNews- İsrailin Azərbaycandakı səfiri Dan Stav Bakıda jurnalistlərə deyib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll edilməsinin tərəfdarıdır.
Səfir qeyd edib ki, iki ölkə arasında əlaqələr bütün istiqamətlər üzrə inkişaf edir: “İsrail müstəqilliyini əldə etdiyi gündən Azərbaycanın dostudur. Ölkənizlə tərəfdaşlığa xüsusi önəm veririk. Azərbaycan müxtəlif etnik qrup və dinlərin bir yerdə dinc şəraitdə mövcudluğunun nümunəsidir”.