“Müsəlman Birliyi təşkilatı”-nin sədri Taleh Bağırov barəsində başladılan cinayət işinin maddəsi dəyişdirilib.
AranNews- vəkil Cavad Cavadov Bu barədə məlumat verib. Onun sözlərinə görə, cinayət işinin istintaqı yekunlaşmaq üzrədir və T.Bağırova yekun ittiham elan olunaraq, ittiham edildiyi terrorçuluq maddəsi terorçuluğa hazırlıq maddəsinə tövsif olunub.
C.Cavadov bildirib ki, yaxın vaxtlarda iş marerialları ilə tanış olma mərhələsi başlayacaq.
Ötən ayın 7-də Nəsimi Rayon Məhkəməsində T.Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Məhkəmə qərarından narazı qalan “Müsəlman Birliyi təşkilatı”-nin sədri apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi T.Bağırovun apellyasiya şikayətini təmin etməyib.