Tarix : 2016 May 20
Kod 48904

Erməni diasporu Azərbaycanlılardan üzr istəyiblər

Ukraynanın Lvov vilayətinin erməni diasporunun nümayəndələri Ukraynada baş verən davaya görə azərbaycanlılardan üzr istəyiblər.
AranNews- Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədrinin birinci müavini Murad Cəfərov Bu barədə məlumat verib.
Lvov vilayətinin polis idarəsinin akt zalında keçirilən brifinqdə Ukraynadakı Azərbaycan və Ermənistan diasporalarının nümayəndələri iştirak ediblər. Brifinq Lvov vilayətinin polis idarəsinin rəis əvəzi general Dmitri Zagariyanın idarəçiliyi ilə keçib.
Brifinqdə iştirak edən Lvov vilayəti üzrə UABD -nin nümayəndəsi Məcid Nuxiyev deyib ki, erməni diasporunun sədri Nikolay Koçaryan rəsmi şəkildə azərbaycanlılardan üzr istəyib.
“Nikolay Koçaryan bir daha belə hallar baş verməyəcəyini deyib”, – deyə Məcid Nuxiyev bildirib.
Azərbaycan nümayəndəsi isə deyib ki, Ukrayna bizim ikinci vətənimizdir. ”Burada bizim övladlarımız yaşayır. Etnik zəmində provakasiya qurmağa nə ehtiyac, nə də zərurət var”.
Qeyd edək ki, mayın 14-də Lvov şəhərində keçirilən Kunq fu və Uşu üzrə Avropa çempionatında ermənilər təxribata əl atıb. Çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə hücumu olub.
Bundan sonra iki ölkəni təmsil edənlərlə yanaşı, çox sayda insan da davaya qoşulub. Yuxarıda adıçəkilən idmançılarımız ermənilərin əlindən qondarma rejimin “bayrağını” əllərindən alaraq cırıb ayaq altına atıblar. Dava isə emənilərin hamısının yarış keçirilən stadiondan qaçması ilə başa çatıb. Yarışmanın təşkilatçıları Azərbaycan və Ermənistan yığmasını Avropa çempionatından kənarlaşdırıb.
Daha sonra mayın 16-da ermənilər və azərbaycanlılar arasında yenidən gərginlik yaşanıb.
Şəhərdə yaşayan ermənilər Lvovun mərkəzi küçələrində ticarətlə məşğul olan azərbaycanlılara dəstə halında hücum ediblər. Ermənilər hücum zamanı travmatik silahlardan istifadə ediblər. Həmyerlilərimiz arasında 6 nəfər xəsarət alıb.
Ukrayna Daxili İşlər Nazirliyi də Lvov şəhərində ermənilərin azərbaycanlılara hücumuna rəsmi reaksiya vermişdi. Açıqlamada davada 25-45 yaşda təxminən iyirmi nəfər iştirak etdiyi bildirilirdi.
  • Yazılıb
  • da (də) 2016 May 20
  • Göndərən مدير سايت Aran News