Türkiyənin Azərbaycan üçün hazırlayacağı 10 min nəfərlik Xüsusi Təyinatlı Dəstələr Pakistanın «Qara Leylək»i ilə müqayisə oluna biləcək.
AranNews- rəsmi Bakı Ankara ilə uzun illərdən bəri müzakirə olunan vacib bir məsələnin ən kiçik detallarını müzakirə ediblər. Həmin müzakirələr Türkiyə Genel Kurmay Başqanlığının Azərbaycanda xüsusi qoşun növü yaratması ilə bağlıdır.
Belə ki, Ankara Bakıda Azərbaycan Ordusunun mövqelərini daha da gücləndirmək, keçirilən əməliyyatlarda daha az titki verməsini təmin etmək məqsədiylə yeni qohun növü yaratmağı üzərinə götürür. Bu zaman xərclərin bir qismini Türkiyə üzərinə götürüb.
Məlumatlarda deyilir ki, yeni yaradılan qoşun növünün əsas xüsusiyyətləri onun yüksək döyüş hazırlığına malik olmasıdır. Xüsusi Təyinatlı Dəstələrin ən modern formasını qurmağı planlaşdıran Türkiyə və Azərbaycan, istədiklərinə nail olduqdan sonra məhz həmin qoşun növü vasitəsi ilə Qarabağda istənilən əməliyyatı itkisiz keçirməyə nail olacaq.
Mənbələr bildirirlər ki, Azərbaycan tərəfinin razılığı əsasında 2 il müddətinə qurulacaq həmin qoşun növünə qısa müddətdə 10 minə yaxın əsgər cəlb olunacaq. Daha doğrusu, proses könüllülük prinsipi əsasında reallaşdırılacaq. Bu zaman, bütün yığımları Müdafiə Nazirliyi həyata keçirəcək. Türkiyədən gələn mütəxəssislər isə seçimlər edəcəklər.
Mənbə bildirir ki, Türkiyənin aparıcı generalları və polkovniklərinin hazırlayacağı dəstələrin döyüş qabiliyyəti nəinki Qafqazda, hətta qonşu İran və Rusiya ilə müqayisə oluna biləcək səviyyədə olacaq. yeni yaradılan qoşun növünün təyinatlıları o həddə hazırlanacaq ki, Amerikanın «Dəniz pişikləri», Pakistanın «Qara Leylək» xüsusi təyinatlıları ilə müqayisə etmək imkanı yaranacaq.
Türkiyənin belə bir dəstə yaratmaq istəyi təkcə Azərbaycana dəstək vermək məqsədi daşımır. Həmçinin bir sıra antiterror əməliyyatlarında onların imkanlarından yararlanmaqdır. Yəni, Ankara Bakı ilə hərbi sahədə geniş əməkdaşlıq etməyi düşünür.