Tarix : 2016 May 21
Kod 48906

Ermənistanda Dmitri Medvedyevə qarşı hörmətsizlik

İrəvanda səfərdə olan Dmitri Medvedyevə Sarkisyanın otağında hörmətsizlik olub.
AranNews- Medvedyev Serj Sarkisyanla görüşəndə masa ətrafına Rusiya bayrağı qoyulmayıb.
Görüşün keçirildiyi otaqda təkcə Ermənistan bayrağı qoyulub. Bu rəsmi protokol qaydasının pozulmasıdır və adətən bu cür hallar ciddi etirazla qarşılanır.
Erməni ekspertlər Rusiyanın buna ciddi reaksiya verəcəyini düşünürlər.
Sarkisyanı bu addımının arxasında siyasi səbəblərin olması ehtimalı da güclüdür. Belə ki, “dördgünlük müharibə” zamanı Rusiyanın Ermənistana dəstək verməməsi iki ölkə münasibətlərində çatlar yaradıb. Məlumatlara görə, Ermənistan ictimaiyyətinin anti-Rusiya aksiyaları da məhz hökumət tərəfindən təşkil olunub.
Serj Sarkisyanın Medvedyevlə görüşdə Rusiya bayrağına qarşı açıq hörmətsizliyi bu proseslərin son nöqtəsi hesab oluna bilər.
  • Yazılıb
  • da (də) 2016 May 21
  • Göndərən مدير سايت Aran News