Azerbaijan Servisi/Aran Agentliyi
«Müsavat» başqanının müavini Arif Hacılı bildirib ki, hazırda icazəsiz mitinqin keçirilməsi ilə bağlı rayon təşkilatlarında müzakirələr başlanıb
«Müsavat» partiyası iyun ayında icazəsiz mitinqlər keçirmək niyyətindədir». Bu barədə ANS PRESS-ə «Müsavat» başqanının müavini Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, hazırda icazəsiz mitinqin keçirilməsi ilə bağlı rayon təşkilatlarında müzakirələr başlanıb. Belə ki, təşkilatlar müxtəlif fikirlər irəli sürürlər. Mitinqdə sosial-iqtisadi problemləri əks etdirən şüarlar səsləndiriləcək, həmçinin seçkilərin keçirilməsi ilə bağlı siyasi şüarların səsləndirilməsi də gözlənilir. A.Hacılı bildirib ki, tezliklə icazəsiz mitinqin keçirilməsi ilə bağlı qərar qəbul olunacaq. Xatırladaq ki, «Müsavat» partiyasının mayın 4-də və 18-də 18-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etsə də, meriya kütləvi aksiyanın keçirilməsi üçün partiyanın istədiyi yerləri yox, Bibiheybət qəsəbəsini göstərib. Partiya Bibiheybətdə mitinq keçirmək istəməyib.