Britaniya xarici kəşfiyyat idarəsinin keçmiş başçısı Con Soyers hesab edir ki, Rusiya və İranın Qərb ölkələri ilə müqayisədə, Suriya məsələsi üzrə danışıqlarda üstünlüyə sahibdir.
AranNews- “İstənilən siyasi prosesdə hadisə yerindəki vəziyyət danışıqlarda kimin prioritet mövqedə olduğunu göstərir. Rusiya və İranın qarışması faktı, Qərbin isə qarışmaması, onu göstərir ki, istər-istəməz istənilən siyasi danışıqlarda İran və Rusiyanın mövqeləri Avropa və ABŞ mövqelərindən daha güclü olacaq”, – deyə Soyer CNN verdiyi müsahibədə bildirib.
Hazırda Suriyaya dəstək beynəlxalq qrupunun tərkibinə Rusiya, ABŞ, Misir, Çin, Almaniya, Fransa, Böyük Britaniya, İran, İraq, İordaniya, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və BƏƏ daxildir. Görüşlərdə həmçinin Avropa İttifaqının, Ərəb Dövlətləri Liqası və BMT-in də nümayəndələri iştirak edirlər.