Tarix : 2016 May 21
Kod 48913

İŞİD-in Suriyada yeni qadağasi

İŞİD Suriyanın Rakka sakinlərinə şəhəri tərk etməyi qadağan edib.
AranNews- İŞİD terror qruplaşması özünə "paytaxt" elan etdiyi Suriyanın Rakka şəhərinin sakinlərinə bu yaşayış məskənini tərk etməyi qadağan edib.
Terror qruplaşması istənilən tələblə yaşayış məskənini tərk etməyi yasaqlayıb.
Bununla yanaşı, terrorçular öz ailələrini Deyr-əz-Zoraya köçürüblər. Günün ikinci yarısında birinci olaraq Rakkanı əcnəbi muzdurların ailələri tərk edib.
İŞİD silahlıları məhbusları da həbsxanalardan buraxıblar.
  • Yazılıb
  • da (də) 2016 May 21
  • Göndərən مدير سايت Aran News