Tarix : 2016 May 21
Kod 48914

Sionistlər Qəzzadan olan idmançını yarışlara buraxmır

Qəzzanın 15 yaşlı professional qaçışçısı İnes Nofəl ilk xanım idmançı kimi ölkəsinin tarixinə düşüb.
AranNews- idmançnın məşqçisi Sami Natilya tələbəsinin böyük potensialı olduğunu vurğulayıb. Məşqçi bildirir ki, atlet bu yolda inkişaf etmək üçün ox cətinliklərlə üzləşir.
Bu yaxınlarda idmançı hər il keçirilən Fələstinin dördüncü qaçış marafonunda iştirak etmək istəsə də, onun bu istəyi sionistlər tərəfindən rədd edilib. Sionist İsrail dövlətinin Mülki İşlər idarəsi rəsmiləri İ.Nofəl ilə bahəm, Qəzzadan olan bir neçə idmançını yarışa buraxmayıblar.
Bütün bu maneə və çətinliklərə baxmayaraq idmançı yaşadığı "qaçqın şəhərciyi"ndəintensiv məşqlərini davam etdirir.
Bütün ailəsi İnesi dəstəkləyib, onu ruhlandırırlar. Xüsusən, atası: "Mən dörd qızımın hamısını çox istəyirəm,- onlar mənim canlarımdır. Amma bircə İnes professional idmançı olmaq istədi, mən də onu bu yolda sonacan dəstəkləyəcəyəm"
Bu il atlet Rusiyada iyun ayında keçiriləcək yarışlarda ölkəsini təmsil etmək niyyətindədir. 
  • Yazılıb
  • da (də) 2016 May 21
  • Göndərən مدير سايت Aran News