Tarix : 2016 May 21
Kod 48915

Miqrantlar Avropada qalmaq üçün dinlərini dəyişdirirlər

Almaniyada qalmaq istəyən suriyalı miqrantların çoxu qəbul olunmaları üçün kilsələrə gedərək dinlərini xristian olaraq dəyişdirirlər.
AranNews- Avropada sığınacaq istəyən miqrantlar ölkələrinə geri göndərilməmələri üçün hər cürə çarəyə əl atmağa başlayıb. Bura dinlərini dəyişdirmək də daxildir.
alman kilsələri artan müraciətlərdən narahat olub. Almaniya Evangelik kilsəsi müraciətlərin böyük hissəsinin “şəxsiyyət vəsiqələrinin din yazılan xanasında “xristian” yazılmasının yer alması” məqsədi ilə irəli sürüldüyü bildirilib. Verilən açıqlamada, “dinlərin kağız üzərində dəyişdirilməsi istənilir” deyə qeyd edilib.
Aşağı Saksoniya Katolik Kilsəsi isə müraciətlərin məmnuniyyətlə qarşılandığını və hətta din dəyişdirmə mərasimləri haqqında düzgün məlumatların verilməsi üçün ərəb və fars dillərində broşuralar hazırlandığını da bildirib. Miqrantların kilsə camaatlarından faydalanmaq və sığınacaq üçün müraciət edərkən Xristian dinini istinad göstərmə üstünlüyündən istifadə etmək məqsədi ilə kilsələrə axın etdiyi bildirilir.
Almaniyada sığınacaq axtaran 1 milyondan çox miqrant qeydiyyat üçün müraciət edib. Almaniya müraciətlərin sayını azaltmaq üçün bir sıra tədbirlər aldı. Aralarında Tunis, Əlcəzair və Mərakeş kimi ölkələrin “etibarlı ölkə” elan edilməsi bu tədbirlərdən biri idi. Beynəlxalq müqavilələrə görə “etibarlı ölkə” vətəndaşlarının müraciətləri rədd edil və ya deportasiya edilə bilinirdi.
  • Yazılıb
  • da (də) 2016 May 21
  • Göndərən مدير سايت Aran News