Tarix : 2016 May 21
Kod 48920

Livan ordusu terrorçuların mövqelərinə zərbələr endirib

Livan ordusu terrorçuların mövqelərini hədəfə alıb, çoxlu sayda terrorçunu öldürüb.
Arannews- Livan ordusu ölkənin şərqində terrorçuların mövqelərinə zərbələr endirib.
Livanın təhlükəsizlik mənbələri bu barədə məlumat veriblər.
Livanın şərqində, Suriya ilə sərhəd məntəqədə yerləşən Ras Bəlbək yüksəkliklərində yerləşən terrorçular ilə ordu qüvvələri arasında ağır toqquşmalar baş verib.
Livan ordusu terrorçuların mövqelərini hədəfə alıb, çoxlu sayda terrorçunu öldürüb.
Son aylar ərzində Livan ordusu ilə İŞİD və Ənnüsrə Cəbhəsi terrorçuları arasında ölkənin şərqində gedən toqquşmalarda terrorçular ağır itkilər veriblər.


  • Yazılıb
  • da (də) 2016 May 21
  • Göndərən مدير سايت Aran News