İraq ordusunun İŞİD-in işğalı altında olan ərazilərin azad edilməsi üzrə əməliyyatları davam edir.
Arannews- İraqın qırıcı təyyarələri Fəllucədə İŞİD terrorçularını bombaladı, onlarla terrorçu öldü..
İraq ordusu bir bəyanat yayaraq, bu ölkə qırıcılarının Əl-Ənbar əyalətində İŞİD-in mövqelərinə havadan zərbələr endirdiyini bildirib.
İraq ordusunun İŞİD-in işğalı altında olan ərazilərin azad edilməsi üzrə əməliyyatları davam edir.
Fəllucə şəhəri İŞİD-in əl-Ənbar əyalətində ən mühüm bazası sayılır.
Bu şəhərdə 1500 İŞİD terrorçusunun olduğu bildirilir.
İraqın təhlükəsizlik rəsmiləri son zamanlar Bağdadda artan təhlükəsizlik problemlərinin Fəllucədə aparılan əməliyyatlarla əlaqədə olduğunu bildirirlər. Fəllucənin işğaldan azad edilməsi ilə Bağdad yenidən sakitliyin şahidi olacaq.
Fəllucə Bağdadın 50 km qərbində yerləşir.